YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir şəhərində seçicilərlə növbəti görüşlər keçirilib

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərindəki “Energetik” klubunda seçicilərlə növbəti  görüşlər keçirilib.

Görüşlərdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, 11 apreldə Azərbaycan vətəndaşları öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır. C.Yusubov əmin olduğunu bildirib ki, bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən mingəçevirlilər bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirlərdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. O qeyd edib ki, Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır: “Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxsın. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurula bilsin. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib”.
S.Mehbalıyev xoşbəxt gələcək naminə seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirlərdə çıxış edən seçicilər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərini deyərək bu siyasətin davamlı olması üçün aprelin 11-də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv