YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunun Nazırlı və Mirzəxan kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Nazırlı və Mirzəxan kəndlərində seçicilərlə görüş keçirib.

 Görüşlərdə çıxış edən YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü Nurayə Məmmədova bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrilib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, xalqımızın mənafeyinin qorunmasını təmin edir.
Görüşlərdə həmçinin İlham Əzimov, Aydın Qasımov, İslam Əzimov, Zərifə Məmmədova, Havva Mirzəyeva, Ramil Alıyev və Aydın Şahsuvarov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan danışıblar. Bildirilib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşamasına mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab İlham Əliyevə səs verəcəyinə təminat verir.

Qeyd olunub ki, bərdəlilər hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşib və aprelin 11 – də bir daha bu mövqeyi nümayiş etdirəcək.