YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Kuryaçiy: Azərbaycan vətəndaşlarının demokratik şəkildə səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradılıb

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində vətəndaşların demokratik şəkildə səsvermə hüququndan istifadə etməsi üçün lazımi şərait yaradılıb.

Bu fikri sechki-2018.az saytına açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

M.Kuryaçiy bildirib ki, Ukrayna strateji müttəfiqi olan Azərbaycanda sabit ictimai-siyasi mühitin hökm sürməsində, bu ölkənin iqtisadi cəhətdən güclənməsində maraqlıdır.

“Azərbaycanda mövcud olan seçki qanunvericiliyinə uyğun olaraq ölkədə seçkilərin demokratik mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, Azərbaycan vətəndaşları düzgün seçim edəcəklər”, - deyə ukraynalı deputat əlavə edib.

DİGƏR Xəbərlər Arxiv