YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatı Qaraçuxur qəsəbəsində seçicilərlə görüş keçirib

Bu gün YAP Suraxanı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Qaraçuxur qəsəbə sakinləri ilə keçirib.

Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 11 apreldə keçiriləcək prezident seçkilərində əhalini fəal olmağa səsləyib.

V.Seyidov bildirib  ki, cənab İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirməklə, ölkənin sosial-iqtisadi inkişafında mühüm irəliləyişlərə nail olmaqla Ulu öndərin siyasi kursunu layiqincə davam etdirdiyini təsdiqlədi. Prezident İlham Əliyevin Ulu öndərin iqtisadi konsepiyasını uğurla həyata keçirməsi Azərbaycanda müşahidə edilən dinamik yüksəlişlə yanaşı, onun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün geniş imkanlar açdı. Ölkənin və cəmiyyət keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu”.

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova çıxış edərək ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib və hər kəsi əmin amanlığımız naminə, gələcək uğurlarımız naminə bütün sakinləri cənab İlham Əliyevə səs verməyə səsləyib.

Milli Məclisin deputatı, Suraxanı rayon sakini Ağacan Abiyev çıxışında Azərbaycanın yeni dövrünün iqtisadi inkişaf strategiyasına, çevik və işlək mexanizmlər üzərində həyata keçirildiyi, proqressiv islahatlara əsaslanan siyasətə səs verməyə çağırıb.

Tədbirdə digər çıxış edənlər də uğurlu gələcək naminə11 aprel seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv