YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Zabelin: İlham Əliyev ölkəmizin firavanlığının, bizim rahat həyatımızın, gələcəyimizin qarantıdır

«Mənim qənaətimə görə, seçkilərə qatılan və ölkə rəhbəri olmağa iddia edən hər bir kəsin buna həm də bir mənəvi haqqı çatmalıdır. Bu mənada tam qətiyyətlə deyə bilərəm ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev əməlləri, gördüyü işlər sayəsində bu haqqı yüz faiz qazanıb. Son 15 ildə Azərbaycanın uğur salnaməsinə istinadən məndə belə bir mövqe formalaşıb ki, İlham Əliyev prezidentliyə namizədlər arasında ən layiqlisidir və Onun seçkilərdə inamlı qələbə çalacağına heç bir şübhə ola bilməz». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Azərbaycandakı Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib.

M.Zabelin bildirib ki, son 15 ildə dövlətimizin sükanı arxasında dayanan İlham Əliyev praqmatik və xəlqi siyasətçidir. O, heç vaxt pafosla danışmır, populist vədlər vermir, əksinə, dövlətin fəaliyyət istiqamətlərini cəmiyyətdən gələn sosial sifarişlər əsasında müəyyənləşdirir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi milli maraqları qətiyyətlə qorumaqdan, dövlətin qüdrətini artırmaqdan və onun müstəqilliyini möhkəmləndirməkdən ibarətdir. Belə məqsədyönlü siyasət də, təbii ki, respublikamızı inkişafa istqamətləndirib. Son 15 ildə Azərbaycan sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olmayan uğurlara imza atıb.

«İnsanlara nə lazımdır - əmin-amanlıq, normal həyat şəraiti, yaxşı gün-güzəran. Prezident İlham Əliyevin apardığı siyasət respublikanın digər vətəndaşları kimi, biz ruslar üçün də bütün bunları təmin edib. Buradan da icma üzvlərinin dövlətə və ölkə rəhbərinə adekvat münasibəti formalaşıb. İcma üzvləri ilə söhbətlərimdə onlar seçkilərdə fəal iştirak edəcəklərini və hazırkı dövlət başçımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Söhbətlərimiz zamanı onlar elə bu cür də deyirlər: İlham Əliyev ölkəmizin firavanlığının, bizim rahat həyatımızın, gələcəyimizin qarantıdır, Onun apardığı siyasətin alternativi yoxdur!»-deyə, M.Zabelin vurğulayıb.