YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: Cənab İlham Əliyev rəhbərinə və dövlətinə güvənən xalqın səsidir

«Qarşıdan xalqımızın və dövlətimizin siyasi həyatında ən vacib bir hadisə - prezident seçkiləri gəlir. Hər bir xalq öz azad və mənən təmiz siyasi həyatını qoruyub saxlamaq üçün ilk növbədə öz ləyaqətli rəhbərini seçməlidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, seçmək və seçilmək hüququ hər bir millətin, hər bir xalqın inkişafının əsasıdır. Prezident seçkiləri isə, ümumiyyətlə, hər bir ölkənin, xalqın siyasi həyatının başlıca, mən deyərdim ki, taleyüklü məsələsidir. Və mən inanıram ki, həmişə olduğu kimi, bu dəfə də böyük Azərbaycan xalqı demokratik və azad prezident seçkisində hamılıqla iştirak edəcək, öz layiqli rəhbərini seçəcək. Bunun üçün dövlətimiz bütün lazımi şəraiti yaradıb.

«Mən isə öz adımdan qürurla bildirirəm ki, Azərbaycanın gələcəyi naminə səs verəcəyəm. Üzvü olduğum Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Heydər oğlu Əliyevə səs verəcəyəm! Əminəm ki, bu seçim milyonların ürəyincədir,  xalqımız tərəfindən müdafiə olunacaq. Çünki cənab İlham Əliyev rəhbərinə və dövlətinə güvənən xalqın səsidir!»-deyə, deputat qeyd edib.