YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəy seçicilərinin seçimi Prezident İlham Əliyevdir

11 aprel 2018-ci il prezident seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən kütləvi tədbirlər davam edir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin təbliğatına həsr olunmuş növbəti tədbir Gədəbəy rayonunun Novosaratovka və Novoivanovka kəndlərində keçirilib.

İlk olaraq qarşıdan gələn prezident seçkilərinin olduqca əlamətdar bir hadisə olduğunu qeyd edən YAP rayon təşkilatının sədri Rüstəm Nağıyev Prezident İlham Əliyevin bu seçkilərdə alternativsiz lider olduğunu dilə gətirib. Son illər Gədəbəy rayonunda aparılan yenidənqurma işlərindən bəhs açan partiya rayon təşkilatının sədri Prezident  İlham Əliyevin apardığı sosial siyasətin ölkəmizin inkişafında əsaslı rol oynadığını söyləyib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan danışan R.Nağıyev Gədəbəy rayonunun daima dövlətçiliyə və milli maraqlara sədaqətli olduğunu önə çəkib. O, Gədəbəy seçicilərinin Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevə səs verəcəyinə inandığını deyib.

Daha sonra çıxış edən millət vəkili Rafiq Məmmədhəsənov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  uğurlu siyasi kurs Azərbaycanın inkişafının yeni mərhələsidir: "İlham Əliyevin son 15 ildə gördüyü işlər bunu deməyə əsas verir. Yeni iş yerlərinin açılması, ölkənin valyuta ehtiyatlarının artırılması, səhiyyəyə, təhsilə, mədəniyyətə və digər sahələrə paralel qayğının göstərilməsi və diqqətin artırılması hamının gözünün önündə baş verib. Mən inanıram ki,  xalqımız 2003-cü ildə, 2008-ci ildə, 2013-cü ildə olduğu kimi müstəqilliyin sarsılmazlığına, inkişafa, yüksəlişə - İlham Əliyevə səs verəcək".

Çıxış edən YAP Gədəbəy rayon təşkilatı seçki qərargahının üzvləri Alim Verdiyev, Baxış Nağıyev və başqaları vətəndaşların seçkidə fəal iştirakının ölkəmizin sabahı naminə vacib bir şərt olduğunu önə çəkiblər. Çıxış edən kənd sakinləri bildiriblər ki, hər bir rayon sakini ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyir və bu dəstəyi aprelin 11-də YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə növbəti dəfə nümayiş etdirəcəklər.

DİGƏR Xəbərlər Arxiv