YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstan dinamik inkişaf edən Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Əfqanıstanın iqtisadiyyat naziri Abdul Hadi Arxandival və bu ölkənin ticarət və sənaye naziri Şaker Kargar ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Şahin Mustafayev Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, əlaqələrin inkişafında keçirilən görüşlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulamışdır. Nazir bildirmişidir ki, Əfqanıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir. Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır və bu potensialın reallaşdırılması məqsədilə müqavilə-hüquqi baza yaradılmalı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş imzalanmalıdır. Ticarət sahəsində də iki ölkə arasında əlaqələr genişlənir.

Mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verən Şahin Mustafayev təhsil, səhiyyə, neft-qaz, eləcə də sahibkarların maarifləndirilməsində Azərbaycanın geniş təcrübəyə malik olduğunu və bu sahələrdə ölkəmizin Əfqanıstana dəstək ola biləcəyini demişdir.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilmiş, ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzi olduğu, respublikamızda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyi bildirilmişdir.

Əfqanıstanlı nazirlər Azərbaycanın qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulamış, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmişlər. Qonaqlar Əfqanıstanın dinamik inkişaf edən Azərbaycan ilə əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırmışlar. Əfqanıstanın təbii resurslarla zəngin olduğunu qeyd edən Abdul Hadi Arxandival və Şaker Kargar bu sahənin inkişafında Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulamış, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd etmişlər. Qonaqlar Azərbaycanın iqtisadiyyat və sənaye nazirini Əfqanıstana dəvət etmişlər.

 

 

DİGƏR Xəbərlər Arxiv