YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur

«Bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur». Bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərməkdədir. Onun sözlərinə görə, qurum KİV-lərin layihələrini maliyyələşdirməklə onların cəmiyyət üçün faydalı təşəbbüslərinə yaşıl işıq yandırır.

«Ancaq müasir dövr tələb edir ki, mediamız daha da güclənsin, reklamdan, satışdan əldə etdiyi gəliri çoxaltsın. Qarşımızda dayanan növbəti məsələlərdən biri də internet üzərindən yayımlanan media vasitələrinin səmərəliliyinin artırılmasıdır. Bu sahədəki qanunvericilik bazasında xeyli təkmilləşmələr aparılıb. Belə media vasitələri hüquqi münasibətlər sistemində öz yerlərini tuta biliblər. Ancaq onların artan rolundan cəmiyyətimizin inkişafı naminə istifadə etməliyik»-deyə, Ə.Amaşov qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv