YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Son illər Azərbaycan elminin beynəlxalq əlaqələri kifayət qədər genişlənib

«Son illər humanitar sahədə beynəlxalq əlaqələr kifayət qədər genişlənib». Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, humanitar elmlərə gənc alimlərin marağı getdikcə artmaqdadır. Onun sözlərinə görə, bu sahənin perspektivləri böyükdür.

«Dünyanın bir neçə nüfuzlu elm mərkəzi ilə prioritet istiqamətlərdə əməkdaşlığa dair müqavilələr imzalanıb, müştərək tədqiqatlar aparılıb. Bütün bunlar Azərbaycan elminin beynəlxalq əlaqələrinin genişləndiyini təsdiqləyir. Əlbəttə ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Bu gün dövlətimiz elmin inkişafına xüsusi diqqət yeirir. Bu diqqət nəticəsində elmimiz bütün istiqamətlər üzrə ciddi nəticələr əldə etməkdədir»-deyə, akademik vurğulayıb.