YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brussels News: Dünya ictimaiyyəti erməni təcavüzünə ədalətli qiymət verməlidir

Azərbaycanın müasir tarixinin ən qanlı və faciəvi hadisəsindən 26 il ötüb.

Bu barədə Belçikanın “Brussels News” onlayn qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalədə deyilir. /Trend/

Məqalədə qeyd olunur ki, Xocalı qırğını bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmış soyqırımıdır: “Hüquq müdafiə təşkilatları və beynəlxalq KİV-lərin hesabatlarına əsasən, 1992-ci il 26 fevral hadisələri zamanı Xocalıda yüzlərlə dinc yalnız azərbaycanlı olduqlarına görə, xüsusi qəddarlıqla qətlə yetirilmişdi”.

Müəllif vurğulayır ki, bu gün Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. On minlərlə azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb və öz doğma torpaqlarına qayıda bilmir.

Məqalədə o da bildirilir ki, Azərbaycan dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlandırılması üçün “Xocalıya ədalət” beynəlxalq kampaniyasını işə salıb. Bugünkü gün 15-dən çox ölkə Xocalı soyqırımını tanıyıb: “2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi etnik təmizləmənini qurbanı olan və öz torpaqlarına qayıtmaq hüququndan məhrum edilən yeddi azərbaycanlının xeyrinə qərar verdi və onlara Dağlıq Qarabağdakı əmlakına görə təzminat ödəmək hökmü çıxardı. Bu, erməni aqressiyasına hüquqi qiymət verilməsinə nail olmaq yolunda növbəti addım idi”.

Məqalə o fikirlə başa çatır ki, Ermənistanla Azərbaycan arasında sülh beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqi səbəbləri və nəticələrinə ədalətli qiymət verməsinədək və münaqişənin ən qanlı səhifələrindən biri – Xocalı faciəsinə göz yumanadək uzaq perspektivdə qalacaq.

 

DİGƏR Xəbərlər Arxiv