Xəbərlər
Sabunçu rayonunda Zəfər Günü qeyd olunub
            Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Maştağa qəsəbəsi, B.Bağırov küçəsi 9 (187 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət və rəşadət nümunəsi göstərərək düşmənin 30 il ərzində qurduğu və milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın edib. O qeyd edib ki, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək olub.
Çıxış edən 187 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova vurğulayıb ki, bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti və əbədi fəxarətidir. O, əlavə edib ki, Zəfər həm böyük hərbi qələbənin, həm də müdrik diplomatiyanın nəticəsidir.
Tədbir bədii hissə ilə davam edib.
Sonda şəhid ailələrinə və qazilərə hədiyyələr təqdim olunub.
      
      
      
      