YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev: İqtisadi inkişaf olduqca ciddi sosial proqramlarla dəstəklənir

“Biz son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşuq. Bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul edilib.

 Maliyyə vəziyyətimiz sabitdir. Xarici borcumuzun səviyyəsi çox azdır, ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, o deməkdir ki, biz beynəlxalq maliyyə təsisatları ilə daha fəal şəkildə işləmək planlarını qura bilərik. Eyni zamanda, iqtisadiyyat inkişaf etdirilmək üçün şaxələndirilməlidir. Çünki əlbəttə, təbii sərvət hesab edilən neft və qaz uğurlarımızın aparıcı meyarı olub. Hazırda şaxələndirilmə bizim əsas prioritetimizdir. Çünki neft və qaz sektoru hesabına çox iş yerləri açılmır. Buna görə, iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastruktura yatırımlar uzaq bölgələrdə belə lazımi həyat tərzini təmin edir, hər bir şəhərə genişzolaqlı internet çıxışını yaradır. Üç min orta məktəbin, beş yüz xəstəxananın tikilməsi və digər amillər cəmiyyətimizə tamamilə yeni mühit yaratmaq imkanını verdi. İlk addım olaraq, biz xaricə miqrasiyanı, yəni, Azərbaycandan digər ölkələrə axını dayandırdıq. Bu, sonra ölkədaxili  miqrasiya, yəni, insanların kiçik kənd yerlərindən Bakıya axını ilə əvəzləndi. İndiki məqsəd isə bu miqrasiyanı da dayandırmaqdır. Bu məsələ də ilbəil öz həllini tapır.” Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışında nitqində səslənmişdir.

“İqtisadi inkişaf olduqca ciddi sosial proqramlarla dəstəklənir.”-deyə bildirən Prezident İlham Əliyev nəzərə çatdırmışdır ki,  bəzi hallarda radikal iqtisadi islahatlar insanların gündəlik həyatında müəyyən çətinliklər yaradır. Buna görə də hökumətimiz üçün sosial məsələlər hər zaman prioritet xarakter daşıyıb. Yaşayış standartlarının yaxşılaşdırılması, iş yerlərinin açılması, işsizliyin azaldılması, bütün bunlar göstərir ki, bunu etmək olar. Birinci olaraq, bizə sadəcə sabitlik lazımdır. Çünki sabitlik olmadan bütün bunlar mümkünsüzdür. İkincisi, əhalimizin əksər hissəsi tərəfindən dəstəklənən olduqca aydın daxili siyasətimiz vardır və biz nəticələrə nail olmalıyıq, verdiyimiz vədləri yerinə yetirməliyik, üzərimizə götürdüyümüz vəzifələri icra etməliyik. Bu halda olduqca mühüm məqama, siyasətçilərin məsuliyyətinə toxunuruq. Bu şəxslər işlərin başında dayanır. Bir sıra hallarda daha çox dəstək və daha çox səslərin qazanılması üçün bəzi həmkarlarımız populist vədlərlə çıxış edirlər. Lakin onlar yerinə yetirilməyəndə insanlar məyus olurlar. Siyasətçilərin məsuliyyəti onların özləri üçün olduqca çox vacibdir. Çünki bu, onlara etimad səviyyəsini artırır və cəmiyyəti daha da gücləndirir. Buna görə, nəticələrin əldə edilməsi əsas məqsədimiz idi. Bu nəticələr iqtisadi və statistik göstəricilərdə əks olunur. Hazırda yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Halbuki 10 il öncə 49 faiz olub. Surətli iqtisadi inkişaf Azərbaycan ətrafında olduqca yaxşı beynəlxalq mühit yaradır, çünki ölkəmiz daha çox tanınmağa başlayır. İndi daha çox insan Azərbaycanı tanıyır.