YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Humanizm Heydər Əliyev siyasətinin əsasını təşkil edir

«Azərbaycan Prezidenti tərəfindən imzalanan «Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncam mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, dövlət başçısının ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar sərəncam da hüquq sisteminin təkmilləşdiilməsi istiqamətində mühüm addım idi və həmin sənədin icrasının nəticələri cəmiyətimizdə yüksək qiymətləndirilir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki,  cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı məsələ amnistiyaya bərabərdir. Onun sözlərinə görə,  1993-cü ildən ölkəmizdə 70-dən çox əfv sərəncamı imzalanıb, 11-dən artıq amnistiya aktı qəbul olunub: «Sonuncu  dəfə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktı nəticəsində  kifayət qədər insan azadlığa çıxdı. Bu,  onu göstərir ki, humanizm Heydər Əliyev siyasətinin əsasını təşkil edir».  

S.Novruzov qeyd edib ki, bəzi KİV-lərdə yanlış məlumatlar verilir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışlarına görə məsuliyyətə cəlb olunmayıb.

«Doğrudur, əvvəllər ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub. Amma  YAP iqtidara gəldiyi dövrdən belə bir hal olmayıb, hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunur. İstər YAP üzvü olsun, istər digər partiyanın, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Əgər kimsə törətdiyi əmələ görə peşman olursa, islaha olunursa əfv olunur, cəzası yüngül olanlar da amnistiyaya düşür. Amma hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verir.  Azərbaycan hüquqi dövlətdir və qanunun aliliyi hər şeydən üstündür. Dövlətimizin başçısı verdiyi qərarlarla, atılan hüquqi addamlarla dünyaya bir daha sübut edir ki, Azərbaycanda ən humanist siyasət həyata keçirən dövlətdir»-deyə, YAP İcra katibinin müavini vurğulayıb.