YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir

«Xocalı soyqırımı həmin vaxt Xankəndidə yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə  həyata keçirilib. İllər keçdi və buna siyasi-hüquqi qiymət verildi. Və bu həqiqət məhz Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra öz təsdiqini tapdı». Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Xocalıda  günahsız uşaqların, qadınların, qocaların qətlə yetirilməsi soyqırımıdır.

«Bu, təkcə Azərbaycana yox, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Belə bir cinayətin həyata keçirilməsinə XXI əsrdə göz yumulması yolverilməzdir. Zaman gələcək, bu cinayəti həyata keçirmiş insanlar beynəlxalq tribunal qarşısında cavab verəcəklər, törətdikləri əməllərə görə cəzalandırılacaqlar»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv