YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasına start verildi

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin müdafiəsi üçün YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasına start verib. 

Qeyd edək ki, YAP Səbail rayon təşkilatında 19 nəfər tərkibdə Seçki Qərargahı yaradılıb. Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb.