YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bricet Brink: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qəti şəkildə dəstəkləyir və bu məqsədə nail olmaq üçün səylərini davam etdirəcək.

Bu fikri ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brink fevralın 7-də Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

Dövlət Departamentinin rəsmisi bildirib ki, münaqişənin 20 ildən artıq uzanması həqiqətən də uzun müddətdir. “ATƏT-in Minsk qrupunun həmsədrləri indi Bakıdadırlar. Biz Minsk qrupunun həmsədr ölkəsi olaraq bu münaqişənin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyirik”, - deyə o qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv