YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Dəmir Yolları ilə Çin Dəmir Yolları Körpüləri İnşaatı Korporasiyası arasında memorandum imzalanıb

“Azərbaycan Dəmir Yolları” QSC ilə Çin Dəmir Yolları Körpüləri İnşaatı Korporasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində imzalanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” barədə geniş məlumat verib, dəhlizin Çin kimi nəhəng iqtisadiyyata malik olan ölkə və dünyanın ən böyük bazarından biri olan Avropa üçün əhəmiyyətli bir marşrut olduğunu diqqətə çatdırıb. Trans-Xəzər dəhlizinin marşrutların diversifikasiya imkanlarını genişləndirdiyini və Avropanın prioritet hesab etdiyi dəhlizlərdən biri olduğunu qeyd edib. Bu dəhlizin daha da inkişaf etdirilməsi istiqamətində iştirakçı ölkələrdə dövlət tərəfindən ardıcıl tədbirlər görüldüyünü, hazırda Trans-Xəzər dəhlizinə daxil olan ölkələrdə dəmir yolu infrastrukturunun yeniləndyini, dəniz limanları və gəmiçilik şirkətlərinin inkişaf etdirildiyini, Azərbaycan və Qazaxıstanın Xəzər dənizində yeni limanlar tikərək istifadəyə verdiyini, habelə marşrutda azad ticarət zonaları və hablar yaradıldığını vurğulayıb.

Cavid Qurbanov “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri kimi yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin olduğunu diqqətə çatdırıb. “Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Xəzər dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Xəzər dəhlizi ilə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini xeyli azaldır”, - deyə Cavid Qurbanov bildirib.