YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının daha da yüksəldilməsi dayanır

«Milli inkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yüksəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu  kontekstdə əhalinin məşğulluq səviyyəsinin artırılması, işsizliyin azaldılması müstəsna əhəmiyyətə malikdir. Ötən müddət ərzində həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb.

«Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Ölkəmizdə son 14 ildə 1,9 milyon yeni iş yeri yaradılıb. Təkcə, ötən il 221 min yeni iş yeri açılıb və bunlardan 177 mini daimidir. Müasir dövrün reallıqlarına və ölkələrin təcrübəsinə nəzər saldıqda bu, olduqca mühüm və müsbət göstəricidir. İş yerlərinin açılması əhalinin məşğulluğunun təmin olunması, yoxsulluq səviyyəsinin daha da aşağı düşməsi baxımından böyük əhəmiyyətə malikdir. Ötən ilin yekunlarına əsasən ölkəmizdə işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olması sevindirici haldır. Bütövlükdə, bu istiqamətdə həyata keçirilən siyasət uğurlu nəticələrin əldə edilməsini təmin etməklə yanaşı, həm Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir, həm də gələcək inkişaf üçün etibarlı zəmin yaradır. Sosial sahədə həyata keçirilən səmərəli siyasətin qanunauyğun nəticəsi kimi, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır»- deyə, deputat vurğulayıb.