YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Son 14 ildə ölkə miqyasında xeyli sayda yeni sosial infrastruktur obyektləri yaradılıb

«Azərbaycan sosial dövlətdir və ölkəmizdə dinamik iqtisadi inkişaf bir qayda olaraq genişməzmunlu sosial təşəbbüslərlə tamamlanır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edildiyi kimi, iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi sayəsində son 14 ildə respublikamızda maaşlar beş, pensiyalar səkkiz dəfədən çox artıb. Bu dövrdə ölkə miqyasında bir çox önəmli sosial layihələr icra edilib, çoxlu sayda yeni sosial infrastruktur obyektləri yaradılıb.

«Prezident İlham Əliyev konfransdakı nitqində Azərbaycanda həyata keçirilən siyasətin təməlində vətəndaşların maraqlarının dayandığını bir daha qətiyyətlə nəzərə çatdırıb. Azərbaycanı sosial dövlət kimi səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunması həyata keçirilən məqsədyönlü dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb.

Müvafiq Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər ölkə boyu yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərib»- deyə, R.Əliyev qeyd edib.