Xəbərlər
Azərbaycan və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında fevralın 1-də telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.