YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Azərbaycanda prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlanılıb

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, yanvar ayının ilk günlərindən ölkə ərazisində seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək.