Partiya xəbərləri
YAP Gənclər Birliyinin sədr müavini Portuqaliyada rəsmi səfərdədir
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov sentyabrın 11-15-də Beynəlxalq Demokrat Gənclər Birliyinin (İYDU) təşkilatçılığı ilə həmin təşkilatın illik Şura iclasında iştirak etmək üçün Portuqaliyanın Lissabon şəhərinə səfər edib.
80 ölkədən nümayəndə heyətinin iştirak edəcəyi tədbirdə iqtisadi, siyasi və beynəlxalq əlaqələr sahəsində mövzular, eləcə də Beynəlxalq Demokrat Gənclər Birliyinə (İYDU) üzv olan təşkilatlar arasında şəbəkənin genişləndirilməsi, növbəti 1 il üçün həyata keçiriləcək layihə və tədbirlər, həmçinin təşkilata yeni üzvlərin seçilməsi müzakirə ediləcəkdir.
Qeyd edək ki, Beynəlxalq Demokrat Gənclər Birliyi (İYDU) Avropanın nüfuzlu təşkilatı olub, ətrafında müxtəlif ölkələrdən gənclər birliklərini birləşdirir.