YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan 2017-ci ili də uğurla başa vurur

«2017-ci il yekunlaşmaq üzrədir. Dünyada davam edən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq Azərbaycan bu ili də uğurla başa vurur. Azərbaycan dövlət başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə özünün müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafın Azərbaycan modeli ilə uğurla inkişaf edir». Bu fikirləri yap.org.az saytına  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ilin əvvəlindən sosial-iqtisadi inkişaf üzrə nəzərdə tutulan bütün proqnoz göstəriciləri yerinə yetirilib. Onun sözlərinə görə, iqtisadi artım qeyri-neft sektoru üzrə 2,5% təşkil edib. Qeyri-neft sənayesi isə 3,1% artıb.

«Bu, respublikada aparılan düzgün sosial-iqtisadi siyasətin və hərtərəfli düşünülmüş iqtisadi islahatların nəticəsində əldə olunub. Bu ilin ötən dövründə 226 mindən çox  yeni iş yerləri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Əsas infrastruktur layihələri uğurla icra olunur. Sosial infrastrukturla bağlı layihələr yerinə yetirilir. İlin əvvəlindən yeddi yüz kilometrdən çox su xətti çəkilmiş, qazlaşma 93 % səviyyəsindədir. Yüzə yaxın məktəb tikilib və təmir edilib, iyirmi yeddi tibb ocağı tikilib və təmir olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həm daxili, həm xarici siyasət sahəsində həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial –iqtisadi inkişaf sahəsində əldə olunan inkişaf səviyyəsi imkan verəcək ki, 2018-ci ildə Azərbaycan üçün bütün sahələrdə uğurlu illərdən biri olacaq»-deyə, R.Əliyev vurğulayıb.