YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonunda su təchizatının yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 

Sərəncam imzaladı.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon (üç milyon yeddi yüz otuz min) manat ayrıldı.

 

 

 

DİGƏR Xəbərlər Arxiv