YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2018-ci ildə Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər nazirlərinin toplantısı keçiriləcək

2018-ci ilin aprelində Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər nazirlərinin toplantısı keçiriləcək.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən çox dövlət iştirak edir.

Qoşulmamaq Hərəkatının Sammiti isə 2019-cu ildə Azərbaycanda keçiriləcək.