YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: İqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək

«2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 2-4%-ə qədər artacağını proqnozlaşdırırlar. Onun sözlərinə görə, 2018-ci dövlət büdcəsinin həcminin 3.3 milyard manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaratmışdır.

«2018-ci ildə Azərbaycan qazının Türkiyəyə nəqli planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polimer və Karbamid kimi mühüm zavodların açılışı nəzərdə tutulur. Bu layihələrin işə düşməsi iqtisadi gəlirlərin artması ilə yanaşı yeni iş yerlərinin də yaradılmasına səbəb olacaqdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar 2018-ci ildə istehsal və ixracda mühüm irəliləyişlərin əldə olunmasına imkan yaratmışdır. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qalacaq. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da  artmasıdır»-deyə, T.Mirkişili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv