YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub

Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti kompleksdə hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi bölmənin əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.

Sonra müdafiə naziri döyüş növbətçiliyində dayanan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.

Məruzə edilib ki, bölmənin sərəncamında olan müasir silah və döyüş texnikası bütün növ hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin olunması və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

Hava məkanının qorunması üzrə tapşırıqları yerinə yetirən bölmənin şəxsi heyətinin peşəkarlıq səviyyəsini və döyüş hazırlığını yüksək qiymətləndirən müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.