YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi böyük bir regionda ticarət-iqtisadi əlaqələri daha da gücləndirəcək

«Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi böyük bir regionda  ticarət-iqtisadi əlaqələri daha da gücləndirəcək». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu layihənin gerçəkləşməsi bütövlükdə reionun tərəqqisinə təkan verəcək. Onun sözlərinə görə, dəmir yolu xəttinin işə salınması iştirakçı ölkələrin tranzit və iqtisadi potensialını xeyli  dərəcədə artıracaq.

«Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi tarixi böyük İpək Yolunun yeni dövrdə Avrasiya məkanı üçün böyük töhfədir. Bu gün Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bəndinə çevriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun həm Asiya, həm də Avropa ölkələri üçün əhəmiyyəti çox böyükdür. Şübhə yoxdur ki, bu qlobal layihə Çin ilə Avropa arasında ən qısa dəmir yolu dəhlizi yaratmağa imkan verəcək. Azərbaycan dövləti və xalqı bu layihədən iqtisadi-sosial, eləcə də siyasi divident qazanacaq»- deyə, deputat vurğulayıb.