YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Narkomaniya bəşəriyyətin bəlasıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl Gənclər Evində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, tədbirin əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə maarifləndirilməsidir.

O qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dövrün ən təhlükəli sosial problemlərindən biridir. Bu bəla insan sağlamlığına, cəmiyyətin mənəvi və intellektual potensialına ciddi zərbə vurmaqla yanaşı, cinayətkarlığın artmasına, sosial sabitliyin pozulmasına və beynəlxalq təhlükəsizliyə təhdid yaradan amillərdən biri kimi çıxış edir.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova çıxışında vurğulayıb ki, ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sistemli dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyevin 26 avqust 1996-cı il tarixli Fərmanı ilə qoyulub. Həmin sənəddə narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilib və bu istiqamətdə strateji prioritetlər müəyyən edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, dəyişən çağırışlara uyğun yeni yanaşmalar tətbiq olunur və narkomanlığa qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə müvafiq Dövlət Proqramları ardıcıl şəkildə həyata keçirilir.

Tədbirdə partiya fəalı Nuranə Quliyeva və digərləri narkotik asılılığının insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu ağır zərərlər barədə ətraflı məlumat veriblər.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda narkomaniyanın cəmiyyətə vurduğu zərərlərə həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib.