YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatı tərəfindən Qarabağa səfər təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində rayon təşkilatının fəalları, gəncləri və könüllüləri Qarabağa səfər ediblər.

Səfərdə YAP Nizami rayon təşkilatının “Heydər Əliyev Məktəbi”, “Gənc liderlər məktəbi” (liderlik, natiqlik, fərdi inkişaf və kollektiv fəaliyyət), “Gənclərin siyasət və analitika mərkəzi” (siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili) və “Lider qadınlar platforması” (kommunikasiya və konseptual tətbiq) layihələrinin ümumilikdə 150-yə yaxın iştirakçısı yer alıb.

Səfər iştirakçıları əvvəlcə Xankəndi şəhərində Zəfər meydanını ziyarət ediblər. Burada onlara şəhərin tarixi, mövcud vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib. Eyni zamanda, Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa-quruculuq işləri və gələcək inkişaf perspektivləri barədə məlumatlandırılıblar.

Daha sonra iştirakçılar Qarabağ Universiteti və Zəfər parkı ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Şuşa şəhərində də olub, burada Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, güllələnmiş heykəllər, Xurşidbanu Natəvanın evi, Şuşa qalası, Gəncə qapısı və İsa bulağını ziyarət ediblər.

İştirakçılara Şuşanın zəngin tarixi, Azərbaycanın mədəni irsinə qarşı törədilmiş erməni vandalizmi, eləcə də şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

DİGƏR Xəbərlər Arxiv