YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərkosmos” informasiya texnologiyalarının təchizatı ilə bağlı yerli şirkətlərlə müqavilələr imzalayıb

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC informasiya texnologiyalarının təchizatı ilə bağlı yerli şirkətlərlə müqavilələr imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, ümumi dəyəri 49 min manata yaxın olan müqavilələr yerli "Bestcomp Group" və “Maybo” şirkətləri ilə bağlanılıb.

“Bestcomp Group” şirkəti ilə imzalanan müqavilədə “Azərkosmos”un kompyuter avadanlığı ilə təchiz edilməsi nəzərdə tutulur. “Maybo” şirkəti ilə bağlanan müqaviləyə görə isə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi üçün ehtiyat avadanlıq alınacaq.