YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın seminarına sədrlik edəcək

Oktyabrın 27-də Parisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin Avropa Sosial Xartiyasının departamenti və Parlament Assambleyasının parlament layihələrinə dəstək şöbəsi ilə birlikdə “İş, təlim və bərabər imkanlar: hamı üçün ədalətli rəftar və inteqrasiyanı necə təmin etməli” mövzusunda parlament seminarı keçiriləcək.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva seminara sədrlik edəcək.

Seminarda Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də iştirak edəcək və ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verəcək.

Tədbirdə “Sosial hüquqlar və əmək bazarının tələblərini uyğunlaşdırmaq: parlamentarilər, hökumət, həmkarlar və özəl sektor nə etməlidir?” və “Avropada sosial mobilliyin təminatı: əhalinin həssas qruplarına (əlillər, qadınlar, azlıqlar, gənclər və ahıllar) daha çox bərabər imkanlara doğru” mövzuları ilə bağlı müzakirələr aparılacaq.