YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Ölkədə internetdən istifadənin artması ÜDM-nin də artımına səbəb ola bilər

«Azərbaycanda internet istifadəçilərini sayı 80%-ə yaxınlaşır». Bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, internetdən istifadə ilə iqtisadi artım arasıdakı əlaqə müasir iqtisad elminin də araşdırdığı məsələlərdən biridir.

«Dünya Bankının yanaşmasına görə internetdən istifadənin hər 10% artımı Azərbaycanda Ümimi Daxili Məhsulun 1.12% artımına səbəb ola bilər. Aparılmış təhlillər göstərir ki, Azərbaycan internetdən asılı sektorların ÜDM-də payı 18% dir. Bu yanaşma ilə demək olar ki, ölkədə internetin yayılması və onun sürəti ilə iqtisadi inkişaf arasında birbaşa asılılıq mövcuddur»- deyə, deputat qeyd edib.