YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Milli mənəvi dəyərlərimizin təbliği: dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilir

Oktyabrın 26-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimizin təbliği: dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilir.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin dinə qayğısından, milli mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb.

Konfransda Milli Məclisin deputatları, din xadimləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər.