YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq

Avropa Xarici İşlər Xidmətinin siyasi direktoru Jan-Kristof Bellard Azərbaycana səfər gəlib.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis bildirib.

D.Danilidis qeyd edib ki, səfər tanışlıq məqsədi daşıyır və görüşlərdə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.