YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir

«Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, təhsilin inkişafının nəticəsində gənclər bu sahədə böyük uğurlar əldə edirlər. Onun sözlərinə görə, ölkəmizdə yüksək intellektli gənclər ordusu formalaşıb.

«Bu gün Azərbaycanda dünya standartlarına cavab verən ali məktəblər yaradılıb. ADA Universiteti, Ali Neft Məktəbi buna misaldır. Bu ali məktəbləri Avropanın universitetləri ilə müqayisədə daha üstün hesab etmək olar. Təbii ki, burada təhsil alan gənclərimiz də öz bilik və bacarıqları ilə sabah ölkəmizin inkişafına öz töhfələrini verəcəklər. Sevindirici haldır ki, belə gənclərin mütləq əksəriyyəti YAP-ın sıralarında birləşib»- deyə, S.Orucov qeyd edib.