YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycana qarşı ikili standartlar bizi yorub

"Azərbaycana qarşı ikili standartlar bizi yorub".

Bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

O xatırladıb ki, ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Bakıya səfər etdi:

“Səfəri zamanı parlamentdə görüş keçirəcəyini, bir də ictimai təşkilatlarla görüşəcəyini bildirdi. Biz etiraz etmədik. Ancaq Azərbaycandan sonra Ermənistana getdi. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin dediyi sözlərin hamısı saxta oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir masa arxasında oturdu, separatçıların bayrağı olan stolda əyləşdi. Yəni, bu ikili standartlar həqiqətən bizi yorub”.

O.Əsədov bildirib ki, hazırda Azərbaycan Parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada qurumun iclasında iştirak edir: “Azərbaycan nümayəndə heyəti Milli Məclis adından təkliflər verəcək".

Spiker əlavə edib ki, tərəfli mövqe tutan şəxslərin beynəlxalq təşkilatlarda yüksək vəzifələr tutması qəbuledilməzdir: "Belə hallara biz çox rast gəlirik. Təkliflər olundu ki, Minsk qrupunun tərkibi böyüdülsün, biz də buna razıyıq. Burada bir cür, Ermənistanda başqa cür danışırlar, öz ölkələrində isə başqa mövqedən çıxış edirlər".