YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Komitə sədri: Azərbaycanda həyata keçirilən bu təşəbbüs artıq digər müsəlman ölkələrində də həyata keçirilməyə başlayıb

Bildiyiniz kimi, hər il Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir və bu artıq anənə halı alıb.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib. /Trend/

O bildirib: "Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, bəzi məscidlərdə zaman-zaman qançıxarma hərəkətlərini görürdük və bu qanvermə aksiyası ilə Azərbaycanda bu cür hərəkətlərə artıq demək olar ki, yol verilmir. Qan çıxarmaq istəyən insanlar qan verməklə öz vəzifələrini yerinə yetirirlər".

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda həyata keçirilən bu təşəbbüs artıq digər müsəlman ölkələrində də həyata keçirilməyə başlayıb.