YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Əliquliyev: Lütfi Zadə dünya elminə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə haqqında bəhs edərkən bildirib ki, o dünya elminə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açan akademik onun xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anılacağını bildirib. Vurğulayıb ki, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə dünya elminə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Texnoloji və elmi nailiyyətlər davam etdikcə bu böyük alimin adı da əbədi yaşayacaq. Lütfi Zadənin ölkəmizdə dəfn olunması azərbaycanlı alimlərin qarşısında yeni vəzifələr qoyur.

DİGƏR Xəbərlər Arxiv