YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək

«Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün sistemli  işlər görülür. Bu məqsədlə cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatların sürətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, görülən işlər müsbət nəticələr verməkdədir.

«Həyata keçirilən tədbirlərin başlıca məqsədi ölkədəki makroiqtisadi sabitliyi təmin etməkdir. Bu yöndə düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək»- deyə, deputat qeyd edib.