YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Hazırda partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində işlər intensiv surətdə davam etdirilir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yaradılmış qərargahın toplantısı keçirilib.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Növbəti dəfə əraziyə baxış keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib. Müşavirədə digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verilib.

Hazırda partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində işlər intensiv surətdə davam etdirilir.

Müdafiə Nazirliyi bildirir ki, utilləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur.