YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyədə Ədalət və İnkişaf Partiyasının qurultayı keçirilir

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının növbəti qurultayı işə başlayıb.

Qurultayda AKP-nin sədri, hazırkı Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçilməsi ilə əlaqədar təşkilati məsələyə - xarici işlər naziri Əhməd Davudoğlunun partiyanın sədri və baş nazirliyə namizəd məsələsinə baxılır.

Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyəti - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı qurultayda iştirak edirlər.

Ankaradakı “Arena” İdman Kompleksində keçirilən qurultayda 30 minə yaxın partiya üzvü, müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar, diplomatik korpusun təmsilçiləri iştirak edirlər.