YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycanda media ilə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir

«Azərbaycanda media ilə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ölkəmizdə mediaya sistemli dövlət qayğısı var. Onun fikrincə, bu qayğı Prezident İlham Əliyevin söz və ifadə azadlığına verdiyi böyük dəyərdir.

«Bu dəyər hər zaman aktualdır. Çox sevindirici haldır ki, ölkə mediasında obektivlik, peşəkarlıq artmaqdadır. Əsas məsələ odur ki, KİV-lərdə vətənpərvərlik hissi dahada güclənsin. Bu baxımdan da, vəziyyət qənraətbəxşdir. Çünki hər bir kəsin tutduğu statusundan asılı olmayaraq əsas vəzifəsi milli maraqları qorumaqdır»- deyə, Ə.Amaşov vurğulayıb.