YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Yaradılan infrastruktur müxtəlif idman yarışlarının keçirilməsi coğrafiyasını paytaxtdan bölgələrə doğru genişləndirib

«Bakı şəhərində və bölgələrdə müasir idman qurğularının yaradılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi mühüm tədbirlərdir». Bu fikri Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, indiyədək Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilən Olimpiya İdman komplekslərinin böyük əksəriyyəti bölgələrdə istifadəyə verilib.

«Yaradılan infrastruktur müxtəlif idman yarışlarının keçirilməsi coğrafiyasını paytaxtdan bölgələrə doğru genişləndirib. Hazırda Azərbaycanın bölgələrində də yüksək səviyyəli idman yarışlarını keçirmək üçün hər cür şərait var. Bunu biz birinci Avropa Oyunları ərəfəsində bir daha gördük. Eyni zamanda bir neçə ildir ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turnirinin marşrutu ölkənin bir sıra regionlarından keçir. Belə misalların sayı kifayət qədər çoxdur. Bu tədbirlər öz növbəsində regionlarda iqtisadi aktivliyin, o cümlədən də turist cəlbediciliyinin artmasına da müsbət təsir göstərir»- deyə, A.Abiyev vurğulayıb.