YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Məhəmməd Adil Embarş: Mərakeşlə Azərbaycan arasında mükəmməl münasibətlər var

Mərakeşlə Azərbaycan arasında mükəmməl münasibətlər var. Ölkələrimiz bir çox məsələlərdə bir-birini dəstəkləyir. Biz BMT-nin Təhlükəsizlik Şurasında birlikdə işləmişik. Mərakeş və Azərbaycan hər ikisi 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub. Biz şadıq ki, Azərbaycan Mərakeşin Böyük Səhra məsələsində mövqeyini dəstəkləyir. Mərakeşin də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

Bu fikirləri Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib.

Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd edildiyini söyləyən səfir bir neçə aydan sonra iki ölkə arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclasının keçiriləcəyini, bu iclasda bir çox sahələrdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyini bildirib. O, əməkdaşlığın inkişafı üçün potensialın çox yaxşı olduğunu, hər iki ölkənin biznes dairələrinin əlaqələr qurmağa maraq göstərdiklərini vurğulayıb. “Biz əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bunun üçün çalışırıq. Düşünürəm ki, biz buna hazırıq”, - deyə səfir qeyd edib.

Diplomat bir neçə aydan sonra Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini və siyasi məsləhətləşmələrin keçiriləcəyini diqqətə çatdırıb.