YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Ram Nat Kovində təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində təbrik ünvanladı.

Təbrikdə deyilir: “Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”