YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

 Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak edəcəklər.

Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.