YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən «seçkilər» heç bir beynəlxalq təşkilat tərəfindən tanınmır

«Ermənistan qondarma «DQR»da dəfələrlə qanunsuz «seçkilər» keçirib. Amma həmin «seçkilər» heç vaxt beynəlxalq aləmdə tanınmayıb». Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Dağlıq Qarabağda erməni seperatçılarının keçirməyə hazırlaşdığı «prezident seçkiləri» də bu baxımdan mənasızdır. Onun sözlərinə görə, bunun  real danışıqlar prosesinə heç bir təsiri yoxdur.

«Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən «seçkilər» heç bir beynəlxalq təşkilat tərəfindən tanınmır. Çünki Dağlıq Qarabağdakı qondarma rejimin heç bir legitimliyi yoxdur. Ona görə də, ermənilər növbəti təxribatçı hərəkəti ilə heç bir şeyə nail ola bilməyəcək»- deyə, deputat qeyd edib.