YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın Arxangelsk vilayətində Azərbaycan günləri keçirilir

Rusiyanın Arxangelsk vilayətində Azərbaycan günləri çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının, Arxangelsk vilayətinin millətlər şurası və yerli hakimiyyətin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Arxangelskdə Azərbaycan günlərinə və IX Şimal Millətlər Forumuna həsr edilmiş təntənəli konsert proqramı “Patriot” mərkəzində baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə Azərbaycanın xalq çalğı alətlərinin, milli mətbəxinin və suvenirlərin sərgisi keçirilib.